“B-21 Raider”in yeni fotoları yayımlanıb

2024/05/1716541498.jpg
Oxunub: 233     16:43     24 May 2024    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) 6-cı nəsil bombardmançı təyyarə “Northrop Grumman B-21 Raider”in yeni fotolarını yayımlayıb.

Ordu.az xəbər verir ki, təyyarənin sınaqlarından yeni görüntülər anqar içərisində, qalxma zamanı və havada qol fotoşəkilləri ilə ictimaiyyətlə paylaşılıb.


Fotoşəkillər ABŞ-nin Kaliforniya ştatındakı “Edwards” aviabazasında çəkilib. ABŞ HHQ ötən il noyabrın 10-da ilk uçuşunu həyata keçirən B-21-in fotolarını paylaşmayıb.

ABŞ HHQ-nin sözçüsü bildirib ki, bombardmançı təyyarənin statusu ilə bağlı məxfiliyə baxmayaraq, uçuş sınaq kampaniyası davam edir. İkinci sınaq uçuşunun 2024-cü il yanvarın 17-də həyata keçirildiyi qeyd olunur.

Ehtimal edilir ki, təyyarə fotoların çəkildiyi aprelin 4-də də yeni sınaq uçuşu həyata keçirib.




Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: B-21-Raider   ABŞ   HHQ  


Bizi "telegram"da izləyin