Tayvan administrasiyası: Çin ordusunun təlimlərdə həqiqi sursatdan istifadə etdiyi müəyyən edilməyib

2024/05/Tayva-1716541435.jpg
Oxunub: 175     15:28     24 May 2024    
Tayvan administrasiyasının ordusu administrasiyanın rəhbəri Lai Çinq-tenin vəzifəyə başlamasından üç gün sonra, bazar ertəsi Çin Xalq Azadlıq Ordusunun (PLA) Tayvan ətrafında keçirdiyi iki günlük təlim zamanı həqiqi sursatdan istifadə etməsini aşkar etmədiklərini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyinin kəşfiyyat üzrə rəis müavini idarəsinin direktoru, general-mayor Huanq Ven-çi məlumat verib.

O, mətbuat brifinqində qeyd edib ki, PLA cümə axşamı səhər saat 7:45-də Tayvan ətrafındakı ərazilərdə iki günlük “Joint Sword-2024 A” təlimlərinin başlandığını elan edib.

Huanq Ven-çi bildirib ki, yerli vaxtla saat 14:00-a olan məlumata görə, Tayvan yaxınlığında 15 PLA döyüş gəmisi, 16 Çin sahil mühafizə gəmisi və PLA döyüş gəmiləri tərəfindən 42 fəaliyyət aşkar edilib.

Kod adı və “A” hərfinin istifadəsi göstərir ki, bu il daha çox təlim ola bilər.

Huanq Ven-çi həmçinin bildirib ki, PLA Tayvan ətrafında 9 fərqli yerdə təlimlər keçirəcəyini elan etsə də, Tayvan administrasiyasının silahlı qüvvələri hələlik bu yerlərdə həqiqi sursatla təlim aşkar etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin   Ordu  


Bizi "telegram"da izləyin