ROKETSAN Avropa və NATO ölkələrinə ixracını artırmağı hədəfləyir

2024/05/2024--1716540888.jpg
Oxunub: 102     13:54     24 May 2024    
ROKETSAN bu sahədə uğurlarını sübut edən ən son texnologiya məhsullarını Rumıniyada keçirilən BSDA 2024 Beynəlxalq Qara Dəniz Müdafiə, Aviasiya və Təhlükəsizlik Sərgisində təqdim edir.

Ordu.az xəbər verir ki, Cənub-Şərqi Avropanın ən mühüm müdafiə sənayesi toplantılarından biri olan BSDA 2024 mayın 22-24-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilir.

Dünyanın hər yerindən iştirakçıların yer aldığı sərgidə ROKETSAN da NATO standartlarına uyğun yeni nəsil texnologiyaya malik məhsulları ilə iştirak edir.

Avropa və NATO ölkələrindən bir çox nümayəndə heyətinin qatıldığı sərgiyə güclü heyətlə qatılan ROKETSAN BSDA 2024-də keçirəcəyi görüşlərlə bölgəyə ixracatını artırmağı hədəfləyir.

Bu il doqquzuncu dəfə keçirilən sərgidə 2022-ci ildə 33 ölkədən 400-dən çox şirkət iştirak edib və sərgini 30.000-dən çox insan ziyarət edib.

BSDA 2024-də Türkiyədən ASELSAN, ROKETSAN, “Nurol Makina”, “Otokar” və “Karel” şirkətləri iştirak edir.

ROKETSAN baş direktoru Murat İkinci Türkiyə və Rumıniyanın həm Qara dəniz qonşusu, həm də iki NATO müttəfiqi olduğunu qeyd edib.

“Bu gün Asiyadan Amerikaya, Yaxın Şərqdən Avropaya qədər dünyanın bir çox yerinə ixrac etdiyimiz məhsullarla ölkəmizi qürurla təmsil edirik. NATO standartlarına uyğun olaraq inkişaf etdirdiyimiz hər cür ehtiyaclar üçün geniş məhsul portfelimizi dost və müttəfiq ölkələrə təqdim etmək üçün yerimizi tutacağımız BSDA 2024-ün bizim üçün məhsuldar bir sərgi olacağına inanıram”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Avropa   NATO  


Bizi "telegram"da izləyin