“Akıncı” PUA-sı İran hava məkanında milli SATCOM ilə əlaqə saxlayıb

2024/05/Akinc-1716540812.jpg
Oxunub: 170     13:19     24 May 2024    
İran prezidentinin qəzaya uğramış helikopterinin qalıqlarını aşkar etmək üçün uçuş yerinə yetirən “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatını yerli SATCOM müşayiət edib.

Ordu.az xəbər verir ki, bu yaxınlarda İran prezidentinin qəzaya uğramış helikopterinin qalıqlarını aşkar etmək üçün İran və Rusiya sistemləri ilə birlikdə İranın dərinliklərində missiya yerinə yetirən “Akıncı” PUA-sı Türkiyənin yerli və milli peyk rabitə imkanlarından istifadə edib.

Bu kontekstdə “Akıncı” PUA-sı bu çətin missiyada ASELSAN tərəfindən hazırlanmış SATCOM (peyk rabitəsi) sistemi ilə müşayiət olunub.

Daha öncə “Akıncı”nın Çorludan Azərbaycana uzun mənzilli uçuşu zamanı eyni SATCOM ilə əlaqənin təmin edildiyi açıqlanıb.

Bundan əlavə, ötən il “Bayraktar TB2” zərbə PUA-sının SATCOM ilə təchiz edilmiş konfiqurasiyası olan “Bayraktar TB2S” Liviyada görüntülənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akıncı   PUA   İran  


Bizi "telegram"da izləyin