“Nusrat-1915” Mina Ovlama Sonarında işlər son mərhələdədir

2024/05/thumb-1716540749.jpg
Oxunub: 197     16:29     24 May 2024    
“Armelsan Savunma” Baş direktoru Can Emre Bakim “Nusrat-1915” Mina Ovlama Sonarında işlərin son mərhələdə olduğunu bildirib.

Ordu.az xəbər verir ki, “Armelsan Savunma” 2012-ci ildən Türkiyənin sualtı akustika sahəsindəki layihələrinə yerli və milli həllər təklif edir.

Bu çərçivədə ARAS 2023 dalğıc aşkarlama sonarı TCG “Anadolu”nun sualtı mühafizəsi vəzifəsini üzərinə götürərkən, “Armelsan Savunma” Baş direktoru “Nusrat-1915” Mina Ovlama Sonarında işlərin başa çatmaqda olduğu müjdəsini də verib.

Bakim vurğulayıb ki, sonar sistemləri üçün onların son həlli mina ovlama sonarıdır.

O, Rusiya-Ukrayna müharibəsi zamanı Türkiyənin boğazlarına qədər sürüklənən minaları misal gətirərək, “Armelsan Savunma” şirkətinin onları aşkar etmək üçün ilk milli mina ovlama sonarını hazırladığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Nusrat-1915   Mina-Ovlama  


Bizi "telegram"da izləyin