ABŞ yeni antidron sisteminin ilk sınaqlarını keçirib

2024/05/1716540543.jpg
Oxunub: 151     15:48     24 May 2024    
Kaliforniyada yerləşən Süni Zəka (SZ) şirkəti “Skylark Labs” ABŞ Müdafiə Nazirliyinin maraqlı tərəfləri üçün istehsal etdiyi antidron həllinin sınaqlarını tamamladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, sınaqlarda düşmənin Pilotsuz Uçuş Aparatlarını görmə xəttindən kənarda aşkar etmək və izləmək üçün hazırlanmış bir texnologiya olan Havadan Kəşfiyyat və Eliminasiya Sistemindən (ARIES) istifadə edilib.

Müxtəlif ssenarilərdə simulyasiyaların izlənməsi zamanı ARIES platforması uzaq məsafələrdə təhlükələri aşkar edib, onların müvafiq uçuş yollarını izləyib və manevrləri əsasında digər potensial təhlükələri müəyyən edib.

Sistem, həmçinin istifadəçilərə gələn PUA-lar barədə xəbərdarlıq etmək üçün erkən xəbərdarlıq qabiliyyətini nümayiş etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Antidron-sistemi  


Bizi "telegram"da izləyin