“Center for a New American Security”: Ukrayna müharibəsi ABŞ silahlarındakı çatışmazlıqları üzə çıxarıb

2024/05/1716540405.jpg
Oxunub: 217     15:00     24 May 2024    
Hərbi analitiklərin fikrincə, Rusiyanın Ukraynaya qarşı davam edən işğalı ABŞ-nin tədarük etdiyi ən müasir silahlarda ciddi qüsurları üzə çıxarıb.

Ordu.az xəbər verir ki, “Center for a New American Security”nin hərbi eksperti Steysi Pettison tərəfindən dərc edilən hesabatda ABŞ-nin Kiyevə göndərdiyi bəzi silahların Moskvanın Radioelektron Mübarizə (REM) elementlərinə qarşı böyük ölçüdə uğursuz olduğu bildirilib.

Hesabatda deyilir ki, Rusiyanın REM sistemləri öz hədəflərini yüksək dəqiqliklə vurmaq üçün idarə olunan raketlərin istifadə etdiyi GPS naviqasiya sistemlərini qarışdırmaqda mahir olub.

Hesabatda qeyd olunur ki, müharibə ABŞ istehsalı olan bəzi dəqiq idarə olunan sursatların olduqca mübahisəli elektromaqnit mühitində uğursuz olduğunu ortaya qoyub.

Bu və buna bənzər hesabatlar səbəbindən Ukraynanın son zamanlar düşmənin REM elementlərindən yayına bilən ucuz, hazır pilotsuz uçuş aparatlarından istifadəyə keçdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin