“Akıncı” PUA-sı İsveçrə mətbuatında yer alıb, Türkiyə “PUA sahəsində dünya lideri” olaraq təriflənib

2024/05/2024--1716554030.jpg
Oxunub: 175     14:44     24 May 2024    
İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmilərin helikopterinin qəzaya uğraması ilə bağlı axtarış fəaliyyətlərinə Türkiyə tərəfindən təyin edilən və qalıqların aşkarlanmasını təmin edən “Akıncı” Pilotsuz Uçuş Aparatı (PUA) İsveçrə mətbuatında yer alıb, Türkiyə “PUA sahəsində dünya lideri” olaraq təriflənib.

Ordu.az xəbər verir ki, İsveçrənin almanca nəşr olunan “Neue Zürcher Zeitung” (NZZ) qəzetinin xəbərində qəza yerinin “Akıncı” PUA-sındakı istilik sensorları sayəsində aşkar edildiyi bildirilib.

“Baykar”ın PUA-sının əlverişsiz hava şəraitində belə 12 kilometrə qədər hündürlükdə uça bildiyi, 24 saata qədər havada qala bildiyi qeyd edilən xəbərdə qəza baş verən gecə dağlıq bölgədə hadisə yerində sıx duman və güclü küləyin olduğu xatırladılıb.

Xəbərdə helikopter qalıqlarının axtarışı zamanı “Akıncı” PUA-sından başqa Türkiyə Silahlı Qüvvələrinə məxsus, gecə görmə qabiliyyətinə malik cihazlarla təchiz edilmiş “Cougar” tipli helikopterin də təyin edildiyi bildirilib.

“Akıncı” PUA-sının uçuşunun beynəlxalq mediada geniş yer aldığı vurğulanan xəbərdə “Akıncı” PUA-sının “FlightRadar24” tətbiqi ilə günün ən çox izlənilən aviavasitəsi olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akıncı   PUA   Türkiyə  


Bizi "telegram"da izləyin