Ermənistanın keçmiş Baş naziri: “Noyemberyandan Mehriyə qədər bütün strateji yüksəkliklərimiz verilib, Azərbaycan növbəti addımda Mehrini götürəcək”

2024/05/l-RxK-1716536691.jpg
Oxunub: 647     17:13     24 May 2024    
“Sovet İttifaqının həmin xəritəsi ilə Sovet İttifaqının tərkibində olan bütün dövlətlərin sərhədləri elə çəkilib ki, ittifaqın üzvü olan dövlətlər arasında həmişə ərazi mübahisələri olsun, bu halda Moskva bu münaqişələri idarə edə bilsin”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Xosrov Harutyunyan deyib.

Onun sözlərinə görə, ittifaq yoxdur, lakin bu gün ittifaqın bütün üzv dövlətlərinin bir-biri ilə ərazi mübahisələri var, ona görə də Ermənistanla Azərbaycan arasında sərhəd çəkmək, bu işin əsasına yalnız xəritələri qoymaq yanlışdır.

“Sülh kiminsə altına uzanmaq deyil. Paşinyan sülh haqqında təsəvvürləri təhrif edib. Noyemberyandan Mehriyə qədər bütün strateji yüksəkliklərimiz beləliklə İlham Əliyevə verilir. Müdafiə xəttinin dağıdılması ona gətirib çıxaracaq ki, Azərbaycan növbəti addımda Mehrini götürəcək”, - deyə Harutyunyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Mehri  


Bizi "telegram"da izləyin