“29,8 kvadrat kilometr yox, 29,743 kvadrat kilometrdir, üstəlik, nəzarətimizdə cəmi 29,5 min kvadrat kilometr ərazi qalıb” - Ohanyan

2024/04/1713512381.jpg
Oxunub: 274     13:37     24 May 2024    
“Yerin konkret səthinin işarələnməsi demarkasiya və delimitasiya prosesində könüllü məhdudiyyət deməkdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində ənənəvi brifinqlərdə müxalif “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağı təhvil verib.

“İndiyə qədər Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə səthinin 29,8 min kvadrat kilometr olduğunu, Ermənistan ərazisini millimetrlə bildiklərini bəyan edirdi. Məlum olur ki, 29,8 kvadrat kilometr yox, 29,743 kvadrat kilometrdir. Üstəlik, bu gün bizim nəzarətimizdə cəmi 29,5 min kvadrat kilometr ərazi qalıb”, - deyə Ohanyan qeyd edib.

Erməni deputat əmindir ki, səthin işarələnməsi ikitərəfli olmalıdır, yəni Azərbaycan da öz səthinin ölçüsünü açıqlamalıdır.

“Bu gün Azərbaycan 114 min kvadrat kilometr əraziyə iddialıdır. Ona görə də Bakı konkret hansısa ərazini göstərmir. Yuxarıda qeyd olunan ərazilərin təxminən 14 min kvadrat kilometri bu gün Ermənistana məxsusdur, deyilmi”, - deyə Ohanyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin