İran təhlükəsizlik sisteminin texnoloji geriliyi

2024/05/1716542804.jpg
Oxunub: 463     16:21     24 May 2024    
Qəzaya uğrayan helikopterdə İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahianın olmamalı idi. Bu barədə Türkiyənin “Türkiye” nəşri İran xüsusi xidmət orqanlarının anonim mənbələrinə istinadən bildirir.

Türkiyə KİV-inin məlumatına görə, sərnişinlərin siyahısı son anda dəyişdirilib, Abdullahian və digər şəxslər prezident helikopterində olublar, halbuki əvvəlcədən onların başqa helikopterdə olması qərara alınmışdı. “Xarici işlər naziri və Şərqi Azərbaycan ostanının rəhbəri Malik Rəhmətinin başqa helikopterdə birlikdə uçması planlaşdırılmışdı”, - deyə Türkiyə KİV-i yazır.

Bundan əlavə, qəzet yazır ki, bundan əvvəl prezident helikopterini həmişə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotları idarə edirdi, lakin həmin gün onları ordu hərbi qulluqçuları əvəz ediblər. Helikopterin üç izləmə cihazı ilə təchiz edildiyi bildirilir: standart GPS, transponder və 72 saat ərzində fasiləsiz olaraq siqnal ötürməyə qadir olan xüsusi cihaz. Lakin bu avadanlıq işləməyib və fəlakət yerinin müəyyənləşdirilməsi gecikib.

İran prezidentinin helikopterinin qəzaya uğradığı yer Türkiyənin “Bayraktar Akıncı” Pilotsuz Uçuş Aparatının (PUA) “istiliyə həssas avadanlığı”ndan istifadə edilərək müəyyənləşdirilib. Təbii ki, bu məlumatlar İranın təhlükəsizlik sistemini beynəlxalq səviyyədə gözdən saldı, bu ölkənin texnoloji geriliyini nümayiş etdirdi.

Prezident helikopterinin pilotlarının qəfil dəyişdirilməsi ilə bağlı deyilənlər isə Rəisi ilə baş verənlərin “daxili rəqabətin nəticəsi” olduğuna açıq işarədir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin