Paşinyan Qərbin xüsusi xidmət orqanlarının nümayəndələri ilə nəyi müzakirə edir? – ANALİZ

2024/05/1716534276.jpg
Oxunub: 734     21:23     24 May 2024    
Ermənistan hökuməti Qərbin xüsusi xidmət orqanları ilə fəal işləməkdə davam edir. Ötən gün məlum olub ki, Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin müavini Devid Koenlə görüşüb.

Ermənistan hökumətinin məlumatına görə, həm Ermənistan-ABŞ ikitərəfli, həm də beynəlxalq gündəlikdəki məsələlər müzakirə olunub. Rəsmi açıqlamada başqa təfərrüatlar verilməyib. Əlbəttə, diqqətəlayiqdir ki, səfər İran prezidentinin, xarici işlər nazirinin və onların müşayiətçilərinin helikopterinin qəzaya düşməsindən dərhal sonra, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və radikal erməni keşişin aksiyası fonunda baş verir.

Bu, Nikol Paşinyanla ABŞ MKİ-nin İrəvanda ilk görüşü deyil. 2022-ci il iyulun 15-də ABŞ MKİ-nin rəhbəri Uilyam Börns Ermənistana səfər edərək, Nikol Paşinyan, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan ilə görüşüb. Həmin vaxt dərc olunan rəsmi açıqlamaya görə, həmsöhbətlər beynəlxalq və regional təhlükəsizlik, terrorizmlə mübarizə ilə bağlı məsələləri müzakirə edib, həmçinin Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunublar.

Yeri gəlmişkən, o zaman Börnsün səfərindən əvvəl və sonra daha iki əlamətdar səfər olub. 2022-ci il iyulun 7-də Nikol Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 2022-ci il iyulun 18-də isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Ermənistana gedib.

Narışkin səfərinin Börnsün səfəri ilə bağlı olduğunu etiraf etməsə də, ekspert icması birbaşa şəkildə Börns, Şamxani və Narışkinin səfərlərini bir-biri ilə əlaqələndirdi və aydın şəkildə qeyd etdi ki, Börnsün İrəvandakı vəzifəsi təkcə Paşinyan hökumətinin təqdim etdiyi kimi xarici kəşfiyyat xidmətinin formalaşdırılması deyil, həm də İran və Rusiyanın Cənubi Qafqazda təsirinin azalması idi, çünki ABŞ MKİ-nin Cənubi Qafqazdakı hədəfləri Rusiya və İrandır, buna görə də Rusiya hərbi varlığının Ermənistandan yekun şəkildə çıxarılmasıdır. Bunun ilk addımını Paşinyan hökuməti bu yaxınlarda Rusiya sərhədçilərini Ermənistan sərhədlərinin müəyyən hissələrindən və hava limanından çıxarmaqla atdı.

Bəlkə də təsadüfi deyildi ki, 2022-ci ildə regionu tərk edərək, ABŞ-yə getdikdən sonra Börns Aspen Təhlükəsizlik Konfransında iştirak etdi və çıxışında Ukraynadakı müharibə fonunda Rusiya və İranın təsirinin azaldılması zərurətinə diqqət çəkdi. Onu da qeyd edək ki, həmin il dekabrın 16-da Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bu il Paşinyanın da görüşdüyü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostu, Britaniya məxfi kəşfiyyatının rəhbəri Riçard Mur Ermənistana səfər edib.

Paşinyan hakimiyyətinin lap əvvəlindən Qərbin Rusiya və İrana qarşı siyasəti ilə bağlı Qərb kəşfiyyat xidmətləri üçün maraqlı idi. Lakin bu dəfə ABŞ MKİ-nin İrəvandakı nümayəndəsinin konkret hansı missiyaya malik olduğu və regional geosiyasətlə bağlı hansı ssenarilərin cızıldığı hələlik məlum deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Qərb   Kəşfiyyat  


Bizi "telegram"da izləyin