Erməni kartoqraf: “Əgər biz bu sərhədləri çəkiriksə, bu körpünü Azərbaycana verməliyik”

2022/08/sdf78-1661159190.jpg
Oxunub: 251     15:38     24 May 2024    
“1976-cı ilin xəritələri eyni xəritələrdir, bəzi 1991-ci il xəritələri Alma-Ata Bəyannaməsi ilə dövlətlərarası sərhədə çevrilən Sovet İttifaqının inzibati sərhədləridir”.

Ordu.az xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan deyib.

Onun sözlərinə görə, Günən və Xeyrimli arasında təxminən 200 metr məsafə olub, yol onların ortasından keçir, çayın üzərindəki körpünü keçərək, Ermənistan ərazisinə daxil oluruq, Sovet İttifaqı isə Günən tərəfdən sərhədi uzadıb.

“Əgər biz bu sərhədləri çəkiriksə, bu körpünü Azərbaycana verməliyik ki, Azərbaycan “Siz bizim yaşayış məntəqəmizi əlimizdən alıb, insanları qovmusunuz” deməsin. Biz körpünü geri qaytarırıq, yeni yol çəkirik, bunu çəkdiklərini artıq elan ediblər. Azərbaycan Silahlı Qüvvələri gəlirsə, o hissə həssas olur, sərhədçi gəlirsə, həssas deyil, sərhədçinin özünün hücum etmək üçün silahı yoxdur. Amma bunlar daxili problemlərdir, Azərbaycan istədiyini edir”, - deyə Qalçyan qeyd edib.

Erməni kartoqraf bildirib ki, Ermənistanın iki yolu var: “Bizim iki yolumuz var, ya körpünü özümüzə götürək, Azərbaycanın razılaşmayacağı başqa bərabər yerdə torpaq verək, ya da yeni yol çəkək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Günən   Xeyrimli  


Bizi "telegram"da izləyin