Erməni kənd sakini: “Bir neçə gündür ki, xalqı təslim olmaq zərurətinə inandırmağa çalışırlar”

2024/05/1716533193.jpg
Oxunub: 188     15:15     24 May 2024    
“Böyük ehtimalla erməni sərhədçilərin yerləşdirilməli olduğu Günən kəndində modul tipli evlər quraşdırılır”.

Ordu.az xəbər verir ki, bunu Tavus vilayətinin Günən kəndinin sakini Karen Qazaryan deyib.

O qeyd edib ki, eyni vaxtda iki ev sökülür.

Qazaryan bildirib ki, sakinlərə müəyyən sənədləri imzalatmağa çalışırlar, bunların daşınmaz əmlaka aid olmasını təklif edirlər.

Kənd sakinlərindən biri yüzlərlə hüquq-mühafizə orqanı əməkdaşının hələ də Günəndə olduğunu bildirib.

“Sariqyux və Voskepar kəndlərində giriş nəzarəti fəaliyyətini davam etdirir. Bir neçə gün əvvəl olduğu kimi avtomobillərin hərəkəti qadağan olunmasa da, bütün avtomobillər yoxlanılır. İnsanlar arasında gərginlik qalmaqdadır. Bəzi təxribatçılar bir neçə gündür ki, xalqı təslim olmaq zərurətinə inandırmağa çalışırlar, lakin xalq bunun əleyhinədir və dəyişikliklərə ümid edir”, - deyə o vurğulayıb.

Qazaryan bildirib ki, evləri sərhədlərin müəyyən edilməsi nəticəsində Azərbaycana təhvil veilməli olan ərazidə qala biləcək kənd sakinləri Tamrazyan və onun qonşusu hələ də evlərdə qalmaqda davam edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavus   Günən  


Bizi "telegram"da izləyin