Azərbaycan və Ermənistan sərhədçiləri Qazax istiqamətində xidmətə başlayır

2024/05/1715836215.jpg
Oxunub: 212     08:49     24 May 2024    
“Bu il mayın 24-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunları Ermənistan dövlət sərhədinin Tavus vilayətinin Bibiş yaşayış məntəqəsindəki 1,9 km-lik, Voskepar və Bağanis yaşayış məntəqələrindəki 4,9 km-lik sektorlarının mühafizəsini rəsmən öz üzərinə götürüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin açıqlamasında bildirilib.

“2024-cü il iyulun 24-dək dövlət sərhədinin Günəndə yaşayış məntəqəsindəki 5,8 km-lik hissəsinin mühafizəsi keçid sxemi ilə həyata keçiriləcək. Eyni məntiqlə cari il mayın 24-dən qarşı sərhəd sektorlarının Azərbaycan Respublikası tərəfindən mühafizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçiriləcək”, - deyə açıqlamada bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ermənistan   Qazax  


Bizi "telegram"da izləyin