Orban gülləkeçirməz jiletlə ictimaiyyət qarşısına çıxmayacağını bəyan edib

2023/01/1675101367.jpg
Oxunub: 293     00:12     24 May 2024    
Macarıstanın Baş naziri Viktor Orban slovakiyalı həmkarı Robert Fitsonun məruz qaldığı hücum fonunda onun şəxsi təhlükəsizliyini təmin etməyə kömək etsə də, hələ də gülləkeçirməz jiletlə ictimaiyyət qarşısına çıxmayacaq.

Bu barədə Ordu.az “Blikk” nəşrinə istinadən xəbər verir.

Nəşrə müsahibəsində ictimai çıxışları zamanı gülləkeçirməz jilet geyinib-keçirməyəcəyi ilə bağlı sualı cavablandıran hökumət başçısı deyib: “Məndə heç vaxt olmayıb, indi də olmayacaq”.

Qeyd edək ki, 15 may tarixində Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Slovakiya KİV-i qeyd edib ki, Baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs polis tərəfindən tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Macarıstan  


Bizi "telegram"da izləyin