Erməni Kilsəsi Paşinyanın ittihamlarına cavab verib

2024/05/1715843827.jpg
Oxunub: 261     21:57     23 May 2024    
Eçmiadzində Erməni Apostol Kilsəsinin (EAK) ali dini şurasının rəhbəri Ermənistan baş naziri Nikol Paşinyanın onları "təsir agent"i adlandırması ittihamlarına cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə bütün ermənilərin katolikosunun sədrliyi ilə yepiskopların və yeparxiya başçılarının yığıncağından sonra qəbul edilən bəyanatda deyilir.

Onlar hökumət başçısının ittihamlarını qərəzli hesab edirlər.

Bildirilib ki, etirazlar Paşinyanın Azərbaycana birtərəfli qaydada güzəştə getməsi fonunda baş verir.

Vurğulanıb ki, hakimiyyət öz siyasətini dəyişməli, kilsənin tarixi missiyasını və xalqın həyatındakı əhəmiyyətini xatırlamalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Erməni-Kilsəsi  


Bizi "telegram"da izləyin