Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb

2024/05/66390-1715015958.jpg
Oxunub: 192     21:50     23 May 2024    
Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb.

Ordu.az "France24"ə istinadən xəbər verir ki, Makron iğtişaşların baş verdiyi adaya səfərinin son günündə seçki islahatlarının məcburi həyata keçirilməyəcəyi vədini verib.

"Bu islahatın indiki kontekstdə zorla həyata keçirilməyəcəyini söz vermişdim və dialoqun bərpasına imkan vermək üçün özümüzə bir neçə həftə vaxt veririk", - Makron deyib.

Məlumata görə, müstəqillik tərəfdarı aborigen kanakların və Paris yönümlülərin liderləri ilə görüşdən sonra Makron arxipelaqda növbəti referenduma aparacaq yol xəritəsi təqdim edib.

270 min nəfərin yaşadığı adada 2018 və 2021-ci illərdə keçirilən müstəqillik referendumlarının nəticəsi "yox" olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Yeni-Kaledoniya  


Bizi "telegram"da izləyin