Husilərin lideri Aralıq dənizindəki hədəflərə zərbələr endirildiyini açıqlayıb

2024/05/2ce47-1716482455.jpg
Oxunub: 153     20:25     23 May 2024    
Husilər Aralıq dənizindəki hədəflərə aviazərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə husilərə məxsus “Əl Məsirə” telekanalı ilə çıxışı zamanı hərəkatın lideri Abdel Malik əl-Husi məlumat verib.

Yəmənin “Ənsarullah” hərəkatının lideri deyib ki, bu həftə həyata keçirilən əməliyyatlardan biri Aralıq dənizi akvatoriyasındakı hədəflərə qarşı olub:

“Bu həftə Qırmızı və Ərəb dənizlərində, Ədən körfəzində və Hind okeanında 15 raket və pilotsuz uçuş aparatından istifadə edilməklə ümumilikdə 8 əməliyyat həyata keçirilib. Bununla hücuma məruz qalmış İsrail, eləcə də onların havadarları amerikalılar və ingilislərlə əlaqəli olan gəmilərin sayı 119-a çatıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Aralıq-dənizi  


Bizi "telegram"da izləyin