İlham Əliyev: "Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini başa çatdırıb"

2024/05/1716466618.jpg
Oxunub: 176     16:12     23 May 2024    
Azərbaycan və Tacikistan Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirib.

Ordu.az-ın məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib:

“Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin