Azərbaycan və Tacikistan prezidentləri geosiyasi dəyişiklikləri müzakirə edib

2024/05/1716466504.jpg
Oxunub: 174     16:05     23 May 2024    
“Bu gün geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik”.

Ordu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla birgə mətbuata bəyanatı zamanı deyib.

“Bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir”, - dövlət başçısı əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Tacikistan  


Bizi "telegram"da izləyin