Çinin Tayvana mümkün müdaxiləsi: Dünyanın ən qabaqcıl çip maşınları uzaqdan söndürülə bilər

2024/05/2024--1716455380.jpg
Oxunub: 260     16:08     23 May 2024    
Niderlandda yerləşən “ASML Holding NV” və “Taiwan Semiconductor Manufacturing Co” Çinin Tayvana müdaxilə etməsi halında dünyanın ən mürəkkəb çip istehsal edən maşınlarını söndürmək üsullarına malikdir.

Ordu.az xəbər verir ki, adının açıqlanmaması şərtiylə danışan iki mənbə ABŞ hökumətindən rəsmilərin həm niderlandlı, həm də tayvanlı həmkarlarına Çinin fəaliyyətlərinin dünyanın qabaqcıl yarımkeçiricilərinin böyük əksəriyyətinin istehsalına cavabdeh olan Tayvana yönəlmiş bir müdaxiləyə çevrilməsi halında nə olacağı mövzusundakı narahatlıqlarını xüsusi olaraq dilə gətirdiklərini deyib.

Digər iki nəfər isə deyib ki, Niderland hökuməti təhlükə ilə bağlı şirkətlə əlaqə saxladıqda, ASML rəsmiləri maşınları uzaqdan söndürmək qabiliyyətinə əmin edib.

Onlar əlavə ediblər ki, Niderland riskləri daha yaxşı qiymətləndirmək üçün mümkün müdaxilənin simulyasiyalarını həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin