Böyük Britaniyanın müdafiə naziri Çinin Rusiyaya ölümcül yardım göstərdiyinə dair sübutlara malik olduğunu bildirib

2024/05/2024--1716454966.jpg
Oxunub: 177     16:01     23 May 2024    
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps açıqlamasında Çini Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya ölümcül yardım təmin etməkdə və ya təmin etməyə hazırlaşmaqda ittiham edib.

Ordu.az xəbər verir ki, Rusiya 2022-ci ildə genişmiqyaslı işğala başladıqdan sonra Qərb ölkələri Ukraynaya milyardlarla dollar silah və yardım verib.

Britaniya ilk dəfə Çini Ukraynada istifadə etmək üçün Rusiyaya silah verməkdə ittiham edir.

Londonda keçirilən konfransda danışan Şapps ABŞ və Britaniya müdafiə kəşfiyyatının Çindən Rusiya və Ukraynaya ölümcül yardım göndərildiyi və ya göndəriləcəyinə dair dəlillərə malik olduğunu və bunun mühüm bir inkişaf olduğunu bildirib.

Şapps iddiasını dəstəkləmək üçün heç bir sübut təqdim etməyib. Amma o, Ukraynada müharibə başlayandan bəri iki ölkə arasında ticarət dövriyyəsində 64% artım olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Çin   Rusiya  


Bizi "telegram"da izləyin