ABŞ və Körfəz ölkələri İran təhdidinə qarşı tərəfdaşlıq edəcəklər

2024/05/2024--1716454834.jpg
Oxunub: 189     16:32     23 May 2024    
ABŞ və Körfəz ölkələri İran təhdidinə qarşı inteqrasiya olunmuş raketdən müdafiə və erkən xəbərdarlıq sistemlərini gücləndirmək üçün tərəfdaşlıq edəcəklər.

Ordu.az xəbər verir ki, yeni danışıqların son məqsədi ölkələrin İranın raket və Pilotsuz Uçuş Aparatı (PUA) imkanlarının effektivliyini azaltmaq üçün birlikdə hərəkət edə biləcəkləri qədər təsirli məlumat paylaşımını təmin etməkdir.

ABŞ-nin yüksək rütbəli müdafiə rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar və Körfəz Əməkdaşlıq Şurası ölkələri “ABŞ-Körfəz Əməkdaşlıq Şurası əməkdaşlığını və ümumi hava və dəniz təhdidlərinə qarşı çoxtərəfli raket inteqrasiyasını inkişaf etdirmək” üçün Səudiyyə Ərəbistanında yerləşən yeni müdafiə işçi qrupunun yaradılacağını elan ediblər.

Bu addım İsrail, ABŞ və digər ölkələrin İranın aprelin 13-də İsrailə atdığı 300 raket və PUA-nın əksəriyyətinin qarşısını almasından sonra atılıb.

“Körfəz Əməkdaşlıq Şurasının heç bir ölkəsi müdafiə əməliyyatında birbaşa iştirak etməyib, lakin hadisə nəticədə tərəfdaşlarımız arasında daha dərin əməkdaşlığa səbəb olub”, - deyə rəsmi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Körfəz   İran  


Bizi "telegram"da izləyin