ASELSAN baş direktor müavini: “Son 5 ildə ASELSAN 800 məhsulu milliləşdirdi”

2024/05/2024--1716454475.jpg
Oxunub: 214     17:44     23 May 2024    
Türkiyənin ilk və yeganə daxili təhlükəsizlik sərgisi SEDEC 2024 mayın 21-də Ankarada öz işinə başlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin və Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunan sərgidə “Təhlükəsizlik və Müdafiədə Təchizat Zənciri” paneli keçirilib.

Paneldə ASELSAN baş direktor müavini Nuh Yılmaz da çıxış edib.

Çıxışına müdafiə sənayesi ekosisteminin əhəmiyyətini vurğulayaraq başlayan Nuh Yılmaz müdafiə sənayesinin və müdafiə sənayesi şirkətlərinin güclü olmasının lazım olduğunu deyib.

Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan Portativ Erkən Xəbərdarlıq Radar Sisteminin təhvil verilməsinə toxunan Yılmaz bu sistemə 400-dən çox yerli şirkətin töhfə verdiyini bildirib.

Nuh Yılmaz ASELSAN-ın digər müdafiə sənayesi şirkətləri ilə birlikdə Türkiyənin müdafiə sənayesi ekosistemini gücləndirmək üçün çalışdığını bildirib və həyata keçirdikləri fəaliyyətlər haqqında məlumat verib.

Yılmaz son 5 ildə 800 məhsulu milliləşdirdiklərini qeyd edib.

“Bunları tərif vasitəsi kimi deyirik. Məsələn, mətbəxlərdə qapıları bağlamaq üçün istifadə edilən şok izolyatorları var. Bu, həm də uzaqdan idarə olunan silah sistemlərimizdə geri təpmələrin qarşısını almaq üçün istifadə edilən yüksək texnoloji bir şeydir. Biz bir şirkətə şok izolyatorları istehsal etməyə imkan verdik. Məhsullarını beynəlxalq bazara satır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin