MBDA şirkəti hipersəs sürətli HHM raketi hazırlayacaq

2024/05/1716454288.jpg
Oxunub: 186     20:50     23 May 2024    
MBDA şirkəti hipersəs sürətli Hava Hücumundan Müdafiə (HHM) raketi hazırlayacaq.

Ordu.az xəbər verir ki, Avropa Birgə Silah Əməkdaşlığı Təşkilatı (OCCAR) və MBDA bu yaxınlarda hipersəs raketlərinə və hipersəs süzülmə vasitələrinə qarşı HHM-i təmin etmək məqsədilə yeni hipersəs önləmə raketinin konseptual dizaynı üçün müqavilə imzalayıb.

MBDA-nın açıqlamasında Hipersonik Müdafiə Önləmə Tədqiqatının konseptual dizayn mərhələsinə başlamaq və layihəyə Avropa Müdafiə Fondundan maliyyə dəstəyi göstərmək üçün Avropa Birgə Silah Əməkdaşlığı Təşkilatı ilə müqavilə imzalandığı bildirilib.

Qeyd olunub ki, təqribən 140 milyon avroluq konseptual dizayn mərhələsinin dəyərinin 80 milyon avrosu Avropa Müdafiə Fondu tərəfindən, qalan məbləğ isə MBDA-nın öz resursları hesabına maliyyələşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MBDA   HHM  


Bizi "telegram"da izləyin