Erməni keşiş: “Azərbaycanlılar gəlib, Zəngəzurdan 5 kənd alacaqlar”

2024/05/1716450888.jpg
Oxunub: 413     19:38     23 May 2024    
“Kilsəni siyasətlə məşğul olmaqda yalnız cahillər ittiham edə bilər”.

Ordu.az xəbər verir ki, bunu Gorus bölgəsinin keşişi Aharon Melkumyan deyib.

“6-7 yüz il səltənətimiz olmayıb, kim siyasətlə məşğul olub? Təbii ki, kilsə məşğul olub. Ona görə də bu gün kilsə yenidən siyasətlə məşğul olmağa başlayıbsa, deməli, biz yenidən dövlətçiliyi itirmişik. İndiki türk qulları bunu nəzərə almalıdırlar”, - deyə o qeyd edib.

Melkumyan bildirib ki, təsdiqlənməmiş məlumatlara görə, azərbaycanlılar gəlib, Zəngəzurdan 5 kənd alacaqlar.

“5 km-lik bufer zona olan həmin ərazi rəqibə verilməlidir. Yəni burada 5-6 kənd var ki, bu gün Tavusda etdikləri kimi faktiki olaraq rəqibin nəzarətindədir. Sadə bir şeydir, əgər 5 km-lik bufer zona qururlarsa, bu ərazidəki kəndlər çıxarılmalıdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Zəngəzur  


Bizi "telegram"da izləyin