“Paşinyan ehtiyatsızcasına qoşunlarını çıxar deyib, Putin də deyib ki, vay, sənin ağrını alım, çıxarım, uçurum” - Baqratyan

2024/05/1716446424.jpg
Oxunub: 274     15:50     23 May 2024    
“İnsanlar artıq zarafat edir. Nikol Paşinyandan soruşurlar ki, hazırda Ermənistanın ərazisi nə qədərdir? O cavab verir ki, saat neçəyə olan məlumata əsasən?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri, “Azadlıq” partiyasının sədri Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Ermənistanın keçmiş müdafiə naziri Vağarşak Harutyunyan 400 kvadrat kilometrlik bütün Gorus-Qafan-Çakaten yolunun 2021-2022-ci illərdə təhvil verilməsi ilə bağlı müqavilə imzalayıb.

“Basarkeçər, Zərkənd, Xənizəvar sektorlarında, Qarakilsədə, Qaragöl sektorunda, Quşçuda (Cermuk), rəsmi məlumatlara görə, bu hakimiyyət 300 kvadratmetr ərazi verib. Paşinyan ehtiyatsızcasına qoşunlarını çıxar deyib, Putin də deyib ki, vay, sənin ağrını alım, çıxarım, uçurum. Paşinyanın sayəsində Ermənistan zəhərli aktivdir”, - deyə Baqratyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin