Erməni ekspert: “Bu aralıq dövrdə böyük regional qeyri-sabitlik olarsa, Azərbaycan və Türkiyə addım ata bilər”

2024/05/1716446289.jpg
Oxunub: 284     17:37     23 May 2024    
“Hazırda İranda baş verən məlum insidentin araşdırılması davam edir və hələlik yekun nəticə yoxdur”.

Ordu.az xəbər verir ki, bunu regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan deyib.

Onun sözlərinə görə, son günlər texniki qəza ilə bağlı fərziyyə getdikcə populyarlaşır və bu kontekstdə günah oxları İsrail və ABŞ-a yönəlib.

Erməni ekspert əmindir ki, sonda İran tərəfi özünə lazım olan variantı təqdim edəcək və İsrailin birbaşa iştirakı nəticəsində İranın konkret cavabı qeydə alınacaq.

“Ancaq başqa sual budur ki, İran indiki məqamda belə bir hərəkətə hazırdır, yoxsa yox? Bununla belə, İranda keçiriləcək seçkilərə qədər bu ara dövrdə baş verən proseslər İranın reaksiyasına da təsir edə bilər”, - deyə o bildirib.

Petrosyan qeyd edib ki, bu aralıq dövrdə böyük regional qeyri-sabitlik olarsa, Azərbaycan və Türkiyə addım ata bilər.

“Hazırda ən azından İran konstitusiyası və dövlət idarəetmə institutları vəziyyətə kifayət qədər nəzarət edir. Ona görə də indiki məqamda görünən odur ki, ekstrim ssenarilərin olması ehtimalı olmayıb”, - deyə Petrosyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan/   Türkiyə  


Bizi "telegram"da izləyin