“Joğovurd”: Paşinyan Ermənistanı parçalayır, böyük dövlət borcu toplayıb, komanda yoldaşlarını zənginləşdirir

2024/05/image-1716445895.jpg
Oxunub: 178     16:10     23 May 2024    
2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, bu il aprelin 30-na dövlət borcu 12 milyard dollar həddini keçərək, 12 milyard 70 milyon dollar olub.

“Bu, rekord rəqəmdir, lakin pis mənada qeyd olunur. Bu, Ermənistan üçün acınacaqlı göstəricidir. Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı, biznes konfransı və forumu zamanı Nikol Paşinyan Milli Akademik Opera və Balet Teatrında çıxış edərkən, Ermənistanda 30% iqtisadi artım qeydə alındığını açıqlayıb. İqtisadçı ekspert Tatul Manaseryanın sözlərinə görə, bu fenomen iqtisadiyyatda “köpük” adlanır və “köpüklər”in artması ilə iqtisadi artımla fəxr etməyə ehtiyac yoxdur. Belə çıxır ki, öz sələflərini dövlət borcu hesabına varlanmaqda günahlandıran “köpük” aludəçisi Nikol Paşinyan bu gün Ermənistanı parçalayır, külli miqdarda dövlət borcu toplayıb və toplamaqda davam edir, həm də komanda yoldaşlarını zənginləşdirir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin təqdim etdiyi son məlumatlara əsasən, Ermənistanın ÜDM-i 2020-ci ilin ortalarından başlayaraq davamlı şəkildə azalmağa başlayıb və iqtisadçıların fikrincə, Ermənistanın iqtisadi artım dinamikası yalnız ticarət və ticarət dövriyyəsi hesabına saxlanılır, bunun dayandırılması Ermənistan üçün ölümcül olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ermənistan  


Bizi "telegram"da izləyin