Meksikada prezidentliyinə namizədin seçki kampaniyası zamanı dekorasiya uçub, 5 nəfər ölüb

2024/05/1716443639.jpg
Oxunub: 211     09:48     23 May 2024    
Meksika prezidentliyinə namizəd Xorxe Maynesin seçki kampaniyası zamanı dekorasiya uçub.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza-Qarsiya şəhərində baş verib.

Güclü külək nəticəsində konstruksiya dağılıb. Nəticədə 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir.

Maynesin yaxşı olduğu və komanda üzvlərinin artıq xəstəxanada müalicə olunduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Seçki   Hadisə  


Bizi "telegram"da izləyin