Norveç rusiyalı turistlərə vizaların verilməsini dayandırır

2024/05/1716443587.jpg
Oxunub: 188     09:41     23 May 2024    
Norveç hökuməti ölkəyə turist qismində gəlmək istəyən Rusiya vətəndaşları üçün yeni məhdudiyyətlər tətbiq edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə qərar hökumətin rəsmi internet saytında yerləşdirilib.

Yeni qərarla ölkəyə turist qismində gələn Rusiya vətəndaşlarına vizaların verilməsi dayandırılır. Bu qərarın həm Norveçin Xarici İşlər Nazirliyi, həm də Şengen ölkələri tərəfindən verilən vizalara şamil ediləcəyi açıqlanıb.

Sənəddə həmçinin yaxın qohumları və ya ailə üzvləri adı çəkilən ölkənin ərazisində yaşayan, habelə təhsil almaqda olan Rusiya vətəndaşlarına istisnalar da nəzərə alınıb.

Qərar mayın 29-dan qüvvəyə minəcək

Hökumətin rəsmi açıqlamasında bunun bilavasitə Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğu göstərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Rusiya  


Bizi "telegram"da izləyin