ABŞ İran neftinin ixracını məhdudlaşdırmaq üçün Tehrana təzyiqi artıracaq

2023/06/6479b-1685700376.jpg
Oxunub: 164     04:16     23 May 2024    
ABŞ İran neftinin ixracına mane olmaq üçün Tehrana təzyiqi artırmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Biz onun neft ixracını pozmaq üçün günbəgün çalışırıq. Daha əvvəl qeyd etdim ki, 200-dən çox şirkətə və fiziki şəxsə qarşı sanksiyalar tətbiq etdik, 50-dən çox gəmini blokladıq və digər tankerləri müəyyənləşdirməyə davam edirik", - Blinken deyib.

O, ABŞ-nin İran neftinin ixracında iştirak etdiyi iddia olunan tankerlərin qeydiyyata alınmaması üçün tədbirlər görmək niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ İrana qarşı heç bir məhdudiyyəti ləğv etməyib, neft və neft məhsullarının ixracına mane olmağa davam etmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ.İran  


Bizi "telegram"da izləyin