İraqda Türkiyə ordusunun hərbçisi həlak olub

2024/05/1716440349.jpg
Oxunub: 202     02:11     23 May 2024    
İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vedat Zorba dünən terror təşkilatının üzvləri tərəfindən qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanaraq xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik hərbçinin ailəsinə başsağlığı verərək səbir diləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Türkiyə  


Bizi "telegram"da izləyin