Stoltenberqin müavini: “NATO Ukraynaya qoşun göndərmək niyyətində deyil”

2024/05/1716440286.jpg
Oxunub: 188     01:38     23 May 2024    
NATO Ukraynaya qoşun göndərməyi düşünmür.

Ordu.az xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coane mayın 22-də “Tagesspiegel” qəzetinə müsahibəsində deyib.

“NATO-nun Ukraynaya əsgər göndərmək niyyəti yoxdur. Ukrayna da bizdən bunu tələb etmir. Ukraynalıların daha çox dəstəyə ehtiyacı var və indi bizim məqsədimiz budur”, - Coane vurğulayıb.

Baş katibinin müavini bildirib ki, NATO-nun qaydalarına görə, Alyansa daxil olmayan ərazilərə müdafiə üçün qoşun göndərilə bilməz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin