Yaşar Əliyev: "BMT Baş katibi Azərbaycan-Ermənistan danışıqlarındakı irəliləyişi alqışlayır"

2023/05/1684902627.jpg
Oxunub: 251     22:09     22 May 2024    
BMT Baş katibi, bir sıra digər beynəlxalq təşkilatlar və hökumətlər Ermənistan və Azərbaycan arasında birbaşa aparılan danışıqlar nəticəsində əldə olunan son irəliləyişi alqışlayır.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın BMT yaninda Daimi nümayəndəsi Yaşar Əliyev təhlükəsizlik Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib.

Səfir iki ölkə arasında münasibətlərin normallaşma prosesindən bəhs edib: "2020-ci ilin payızından regionumuzda baş verən hadisələr Ermənistanın Azərbaycan ərazilərinin 30 illik işğalının başa çatması və regionda davamlı sülh və sabitliyin bərpa olunması ilə Bəşmiş Millətlər Təşkilatının, beynəlxalq humanitar və insan hüquqları hüququ və bu şura tərəfindən 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrinə tam uyğun olaraq ölkəmin suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yekunlaşıb. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər regionda çoxdan gözlənilən davamlı və qalıcı sülh və sabitliyə ümid yaradır", - diplomat qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Əliyev   BMT  


Bizi "telegram"da izləyin