Blinken: "Səudiyyə ilə İsraillə əlaqələrin normallaşdırması üzrə sazişin bir hissəsini bağlamağa hazırıq"

2023/06/6479b-1685700376.jpg
Oxunub: 195     21:04     22 May 2024    
ABŞ və Səudiyyə Ərəbistanını yaxın həftələrdə rəsmi Ər-Riyadın İsraillə əlaqələrini normallaşdırması üzrə razılaşmanın bir hissəsini bağlaya bilər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.

“Biz Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmaya nail olmaq üçün çalışmaları davam etdiririk. Bu, ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik, nüvə enerjisi və müdafiə sahəsində əməkdaşlıq sahəsində bəzi anlaşmalar və razılaşmalar tələb edəcək. Prinsipcə, onları günü bu gün bağlamağa hazırıq, lakin onların tam tamamlanması bir neçə həftə ala bilər”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Səudiyyə   İsrail  


Bizi "telegram"da izləyin