Estoniya Rusiya ilə sərhəddə hasar çəkəcək

2024/02/1708492691.jpg
Oxunub: 186     20:29     22 May 2024    
Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd ərazinin ətrafında hasar çəkmək qərarına gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets deyib.

Nazir qeyd edib ki, “Tallinn Saatse Boot” adlanan ərazidə Şərq sərhədinin yaradılması üzrə aparılan işlər genişləndiriləcək.

“Rusiya ilə heç bir torpağı dəyişdirmək fikrində deyilik. Biz bu hasarı tikməliyik. Hökumət bunun üçün vəsait ayırmalı olacaq. Təxminən 4 milyon avroluq vəsaitə ehtiyac var”, - o bildirib.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin