Pentaqon döyüşlər dayanana qədər ABŞ təlimatçılarını Ukraynaya göndərmək niyyətində deyil

2024/04/1712725704.jpg
Oxunub: 214     20:44     22 May 2024    
Pentaqon Ukraynada döyüşlər dayandırılana qədər amerikalı hərbi təlimatçıları adıçəkilən əraziyə göndərmək niyyətində deyil.

Ordu.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun Vaşinqton Atlantika Şurasında çıxış edərkən deyib.

“Düşünmürəm ki, bu, Ukrayna ərazisi aktiv müharibə zonası olduğu müddətdə edilsin. Ancaq 2022-ci ilin fevralına qədər ABŞ Ukrayna ilə sıx əlaqədə idi”, - Braun vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin