İsrail HHQ sutka ərzində Qəzzada 130-a yaxın hədəfə hücum edib

2023/06/3963-1686377567.jpg
Oxunub: 275     20:33     22 May 2024    
İsrail Hərbi Hava Qüvvələri (HHQ) son sutka ərzində Qəzza zolağında 130-a yaxın hədəfə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vurulan hədəflər arasında silahlı radikalların dəstələri, hərbi tikililər, müşahidə məntəqələri və fələstinli radikal qrupların istifadə etdiyi digər infrastruktur obyektləri olub.

Anklavın şimalındakı Cəbəliyyədə toqquşmaların birində İsrail HHQ məxsus uçuş aparatı HƏMAS-ın hərbi qanadının sıralarında olan səkkiz radikalı məhv edib. Ordunun bildirdiyinə görə, hava hücumları ilə yanaşı, İsrail quru qüvvələri sutka ərzində radikallarla yaxın döyüşə girib.

Qəzza sektorunun cənubundakı Rəfah şəhərində də İsrail hərbçiləri bir neçə bölgədə əməliyyat fəaliyyətlərini davam etdirirlər.

“Əsgərlər hazırda Braziliya və Şabura bölgələrində terrorçuların hədəfləri ilə bağlı məlumatlar üzərində hərəkət edir, eyni zamanda ərazi boşaldıldıqdan sonra mülki əhalinin zərər çəkməsinin qarşısını almaq üçün bütün tədbirləri görürlər”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HHQ  


Bizi "telegram"da izləyin