Sunak Britaniyada seçkilərin iyulun 4-də keçiriləcəyini təsdiqləyib

2024/01/a584c-1705077593.jpg
Oxunub: 213     20:27     22 May 2024    
Böyük Britaniyanın Baş naziri Rişi Sunak iyulun 4-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, Sunak parlamenti buraxmaq və seçki keçirmək üçün kral III Karldan icazə aldığını bildirib.

"İndi Britaniyanın öz gələcəyini seçmək vaxtıdır. Bu gün Əlahəzrət Kral III Karlla danışığımda ondan parlamentin buraxılmasını xahiş etdim. Kral bu istəyimi yerinə yetirdi və biz iyulun 4-də ümumi seçki keçirəcəyik", - Sunak vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sunak   Britaniya  


Bizi "telegram"da izləyin