AŞPA-nın Gürcüstan üzrə spikerləri "Xarici təsirin şəffaflığı haqqında" qanunu geri götürməyə çağırıb

2024/05/48662-1716396867.jpg
Oxunub: 177     20:25     22 May 2024    
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə spikerləri "Xarici təsirin şəffaflığı haqqında" qanunu geri götürməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə AŞPA-nın Gürcüstan spikerləri Klod Kern (Fransa) və Edit Estrella (Portuqaliya) bəyanatla çıxış ediblər.

"Gürcüstanlı həmkarlarımız "xarici təsirin şəffaflığı" haqqında qanunla bağlı narahatlığımız üçün bizdən mötəbər hüquqi arqumentlər istəyib. Bu arqumentlər indi Venesiya Komissiyasının Assambleya sədrinin müraciəti nəticəsində irəli sürülən birmənalı rəyində səslənib. Müvafiq olaraq, biz hakim çoxluğu prezidentin vetosunu aşmamağa və Venesiya Komissiyasının tövsiyə etdiyi bu qanunu geri götürməyə çağırırıq”, - bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası 2024-cü il mayın 24-də Vilnüsdə keçiriləcək iclas zamanı Gürcüstanda demokratiyaya təhlükələrlə bağlı müzakirələrə baxacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AŞPA   Gürcüstan  


Bizi "telegram"da izləyin