Polşa Belarusla sərhəddə qoşunlarının sayını artıracaq

2024/05/664e1-1716394635.jpg
Oxunub: 179     19:57     22 May 2024    
Polşa Belarusla sərhəddə qoşunlarının sayını artıracaq.

Ordu.az-ın Polşa mətbuatına istinadən xəbərinə görə, bunu ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış Polşa Seymindəki çıxışında bildirib.

Onun sözlərinə görə, əsas məqsəd qeyri-dost ölkələrin həyata keçirdiyi qanunsuz miqrasiya və tranzit hallarının qarşısını almaqdan ibarətdir. O, həmçinin sərhəddə cəmləşdirilən miqrantların bəzilərinin ölkədə vəziyyəti gərginləşdirmək niyyəti güddüyünü dilə gətirib.

Müdafiə naziri, həmçinin qeyd edib ki, Avropa İttifaqının təşəbbüsü ilə Ukrayna ordusunun 16 min nəfər hərbçisi Polşa ərazisində hərbi təlim keçib.

O, rəsmi Varşavanın Ukraynaya istər hərbi, istər humanitar dəstəyi davam etdirəcəyini vurğulayıb:

“Əgər bu gün uşaq bağçaları, xəstəxanalar, yaşayış binaları aviazərbələrə məruz qalırsa, sivil dünyanın bir parçası olaraq Polşa buna biganə qala bilməz. Ölkəmizin Ukraynaya dəstəyi bundan sonra da davam edəcək. Rusiyanın hərbi intervensiyası dayandırılmasa, vəziyyət daha da mürəkkəbləşəcək. Bundan həm də Polşa zərər çəkəcək. O ki qaldı Ukraynaya iqtisadi yardımların göstərilməsinə, bu məsələ müzakirə olunmalıdır. Çünki həmrəylik qarşılıqlı olmalıdır. Yəni biz Ukraynaya dəstək verdiyimiz kimi bu ölkənin də müəyyən addımlar atmasını gözləyirik. Növbəti ildən ölkəmiz Avropa İttifaqına sədrlik edəcək. Bu dövrdə təhlükəsizlik əsas prioritetimiz olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Belarus  


Bizi "telegram"da izləyin