Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər - FOTO

2024/05/f9bef-3432783604.jpg
Oxunub: 279     19:20     22 May 2024    
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasının İzmir şəhərində keçirilən kursda iştirak edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müasir mühəndis avadanlıqlarının xüsusiyyətlərini öyrənən istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların, partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, xüsusilə kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları, eləcə də digər fəaliyyətlər üzrə praktiki vərdişlərini artırırlar.

Kursun keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin