Ermənistanda Ağrı vilayətinin keçmiş qubernatorunun daşınmaz əmlakının müsadirəsi tələb edilib

2024/05/Ermə-1716391133.jpg
Oxunub: 187     19:03     22 May 2024    
Ermənistan Baş Prokurorluğu Ağrı vilayətinin keçmiş qubernatoru Aramais Qriqoryanın daşınmaz əmlakının müsadirəsini tələb edir.

Ordu.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Məlumata görə, keçmiş qubernatorun 46 ədəd daşınmaz əmlakı, 2 ədəd daşınar əmlakı və 900 min ABŞ dollarından yuxarı (350 milyon dram) pul vəsaitinin müsadirəsi tələb olunur.

Qeyd edək ki, Qriqoryan 2013-2014 və 2017-2018-cü illərdə Ağrı vilayətinin qubernatoru olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağrı  


Bizi "telegram"da izləyin