Paşinyan sərhədlərin delimitasiyası prosesini İrəvanın təhlükəsizliyinin təminatı adlandırıb

2024/05/1715843827.jpg
Oxunub: 164     18:17     22 May 2024    
Azərbaycanla sərhədlərin delimitasiyası prosesi Ermənistan üçün təhlükəsizliyin təminatıdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Sərhədlərin delimitasiyası təhlükəsizliyin təminatıdır. Bundan yaxşı zəmanət yoxdur. Bu, həm də müstəqilliyin və suverenliyin təminatıdır”, - o qeyd edib.

Paşinyan vurğulayıb ki, proses bütün sərhəd xətti boyunca davam etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin