Sarqsyan və digərlərinin işi üzrə hökm mayın 29-da elan ediləcək

2024/04/image-1713940522.jpg
Oxunub: 167     17:49     22 May 2024    
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan və digər şəxslərin işi üzrə hökm mayın 29-da elan ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Bu gün İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində iclas keçirilib və orada iş üzrə təqsirləndirilən şəxslərin yekun ifadələri dinlənilib.

Prokuror ittiham aktında S.Sarqsyanın və digər şəxslərin iddia müddətinin başa çatması əsasında cinayət məsuliyyətindən azad edilməsini xahiş edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarqsyan   Ermənistan  


Bizi "telegram"da izləyin