Yeni Kaledoniya Parlamentinin üzvü Makrona etiraz olaraq müraciət ünvanlayıb - FOTOLAR

2024/05/62f5b-1716379678.jpg
Oxunub: 170     15:57     22 May 2024    
Yeni Kaledoniya Parlamentinin üzvü, “Proqressiv Multikultural Yeni Kaledoniya” siyasi təşkilatının sədri Maria Isabella Salıga-Lutovıka Fransa Prezidenti Emmanuel Makrona sonuncunun Yeni Kaledoniyaya səfərinə etiraz olaraq müraciət ünvanlayıb.

Ordu.az-ın əldə etdiyi məlumata görə, məktubda E.Makronun seçki kütləsinin genişləndirilməsi ilə bağlı qanunsuz qərarının Kanak xalqında qəzəbə səbəb olduğu, Kanak xalqının dekolonizasiya ilə bağlı dəfələrlə qaldırdığı haqlı tələbinə Fransanın yüksək vəzifəli şəxslərinin nifrət və təkəbbürlə yanaşdığı bildirilir. Bu yanaşma ilə Fransanın Yeni Kaledoniyanın “koloniya status kvo-su”nu saxlamaq istədiyini vurğulanır.

Maria Isabella qeyd edib ki, E.Makron Yeni Kaledoniyanı yenidən koloniyaya çevrilməsini konstitusionallaşdıran prezident kimi Fransa tarixinə düşəcəyini zənn etsə də, Kaledoniyalılar talelərinin həddini aşmış və əcaib eqo siyasi oyununun qurbanı olması ilə razılaşmayacaqlar.

O, Fransanın və ələlxüsus E.Makronun Yeni Kaledoniyada baş verən faciəyə görə məsuliyyət daşıdığını bildirir, bu xüsusda, qətlə yetirilmiş Kanaklara diqqət çəkir. Fransa hökumətinin dəstəyi ilə təşkil edilmiş milislər tərəfindən gənc Kanakların öldürüldüyü, həmin milislərin Fransa hüquq-mühafizə orqanları tərəfindən dəstəkləndiyini vurğulayan xanım Saliga-Lutovika, həmin milislərin ölkədə irqi düşmənçiliyə yol açdıqlarını qeyd edir.

Hazırda baş vermiş faciə nəticəsində zərər çəkmiş Kanaklar üçün “Yeni Kaledoniyada 2024-cü ilin may ayındakı iğtişaşların qurbanları Kollektivi”nin yaradıldığını bildirən xanım deputat, Fransa Dövlətindən törədilənlərə görə təzminatın tələb ediləcəyini vurğulayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Yeni-Kaledoniya   Fransa  


Bizi "telegram"da izləyin