Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilib - YENİLƏNİB

2024/05/0e2d5-1716375362.jpg
Oxunub: 684     15:59     22 May 2024    
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevlə Tərtər rayonunun Kələntərli kəndində keçirilən vida mərasimi başa çatıb.

Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Tərtər rayonu ümumşəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Kəlbəcər və Tərtər rayon İcra hakimiyyətlərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən daha bir soydaşımız bu gün dəfn olunacaq.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, əslən Kəlbəcər rayonu Çorman kəndindən olan Əliyev Ədalət Veysəl oğlunun qalıqları bu saatlarda Bərdə rayonu Kələntərli kəndində yaşayan ailəsinə təhvil verilib.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü şəhidimiz hərbi xidmətə 1991-cü ildə başlayıb. Əsas döyüş yolu Kəlbəcər rayonu ərazisində olub. 1994-cü ilin fevral ayında Murovdağ istiqamətində itkin düşüb. Şəhidin nəşi Gəncə şəhər Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn edilmişdi.

Şəhidlə vida mərasimindən sonra Tərtər şəhər ümumrayon qəbristanlığında dəfn mərasimi keçiriləcək.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Şəhid  


Bizi "telegram"da izləyin