“Yupiterə izn verilənlər, öküzə heç də icazə verilmir”| Yüz milyardlarla dollarlar uğrunda mübarizə və Gürcüstanın “va-bank”ı

2024/05/1716374298.jpg
Oxunub: 347     14:59     22 May 2024    
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qərblə münasibətlərin qrafik müqayisəsini aparıb: “Əgər kimsə evinizə qonaq gəlirsə və mebelləri öz zövqünə uyğun yenidən düzməyə başlayırsa, bu, artıq dostcasına deyil”.

Papuaşvili belə bir sual verib: “Saakaşvili həbsdən çıxsa, hansı radikallaşmanın baş verəcəyini təsəvvür edirsiniz?”. Belə çıxır ki, sabiq prezident cəzasını özü və ya qanunla problemləri olduğu üçün yox, Gürcüstan ictimaiyyətinin radikallaşmaması üçün çəkir. Yəni anti-Rusiya əhval-ruhiyyəsi kritik həddə çatmamalıdır.

Papuaşvili Avropa İttifaqını qeyri-şəffaf üsullarla vergi ödəyicilərinin pullarını Gürcüstana köçürməkdə və QHT-ləri qeyri-şəffaf maliyyələşdirməkdə ittiham edib. Digər tərəfdən, hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri və ölkənin faktiki lideri İvanişvilinin müşaviri olmuş ekspert Qia Xuşaşvili hesab edir ki, “Bidzina Putinin xəzinədarı olmağa can atır”.

Onun məlumatına görə, ofşor zonalarda dövriyyədə olan, yüz milyardlarla dollara çatan maliyyə resursları uğrunda Qərblə Rusiya arasında şiddətli rəqabət başlayıb. Xuşaşvilinin fikrincə, Rusiya prezidenti də bir vaxtlar Sovet İttifaqının malik olduğu kimi dünyada nəhəng sərvətə sahibdir və bu sərvətdən bu və ya digər ölkədə “anti-imperialist siyasi elitanın formalaşdırılması” üçün istifadə olunur.

Xuşuaşvili deyir ki, Bidzina İvanişvili Putinə bu pulları ABŞ-nin sanksiyalarından onları qanuni yolla Gürcüstana köçürməklə xilas etməyə söz verib və Tbisilidə əslində geosiyasi oriyentasiya problemi yoxdur. Faktiki olaraq Gürcüstan parlamentinin sədri də eyni şeyi deyir, ancaq Avropa İttifaqı ilə bağlı deyir.

Bu vəziyyət əslində ideoloji, dəyər sistemi anlayışlarının rəqabəti ilə qarşılaşdığımızdan daha təhlükəlidir, çünki Gürcüstanın hakim siyasi qüvvəsi faktiki olaraq “va-bank”a gedib və Qərbin heç də “ağ göyərçin” olmadığını ortaya qoyub. Gürcüstan parlamentinin sədri Latın atalar sözünü xatırladaraq sual verib: “Quod liset İovi (Jovi), non liset bovi” – “Yupiterə izn verilənlər, öküzə heç də icazə verilmir”. Yupiter (Zevs) öküzə çevrilib, təəccübləndirməsi nəticəsində öküzə valeh olan Yevropanı belinə götürüb, dənizi üzüb keçirməklə Krit adsına aparmış, orada da onunla intim yaxınlıqdan gələcək məşhur Krit çarı Minos doğulmuşdu. Öküz bunu heç vaxt təkrar edə, bu fikrə heç düşə də bilməzdi. Siyasətə isə dəyişilən zaman öz damğasını vurur və bunları nəzərə almamaq pis nəticələrə gətirib çıxarır.

Belə başa düşülür ki, Qərb şəffaf olmasa, o zaman Gürcüstanın faktiki liderini korrupsiyada ittiham edə bilməz. Bu isə son dərəcə təhlükəlidir. Yüz milyardlarla dollarlar uğrunda mübarizə gedən yerdə vəziyyət hər an “partlaya” bilər. Payızda Gürcüstanda parlament seçkiləri keçiriləcək.

“Politico” yazır ki, ABŞ problemli qanun ləğv edilərsə, Gürcüstana iqtisadi və təhlükəsizlik paketi təqdim etməyə hazırdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Qərb   Anti-Rusiya  


Bizi "telegram"da izləyin